İcmal
Faydalı yardımçılar

CTC 201 and 202 Tongue Cleaners
CTC dil təmizləyiciləri halitoza qarşı olduqça effektlidir.Anatomik formaları qusma refleksinin qarşısını alır. Təsirinin səmərəsini vaxt keçmədən, ilk dəfədən görmək və hiss etmək olar. Tək qanadlı: CTC 201, cüt qanadlı: 202. CTC 203 Duo pack dəsti : 201+202

Ortho pocket set
Evdə və səyahətdə istifadə üçün nəzərdə tutulmuş, cəlbedici və səmərəli dizaynlı futlyarın içərisi bir ədəd plastik UHS 451 tutacaq,orto mum və üç ədəd CPS prime (07,14,18) fırça ilə təchiz edilmişdir. Breketlərin və dişlərinizin arasında olan bütün məsafələrin təmizlənməsi üçün ideal uyğundur.

Ortho Kit
Breketlər ağız boşluğu higiyenasını çətinləşdirir. Ortho Kit dəsti bu problemi aradan qaldırmaq üçün ehtiyacı olan bütün vasitələri təklif edir.
- image
- image

Implant Kit
İmplantnızın qayğısını çəkən İmplant Kit dəsti. İmplantın, təbii diş kimi, ağız boşluğunun higiyenasına ehtiyacı vardır – başqa sözlərlə, sağlam diş ətini və implantın uzunömürlüyünü təmin etmək olduqca vacibdir.

PCA 223 Plaquefinder disclosing tablets
Diş ərpinin indikatoru tabletlər. Ağız boşluğunda əlavə təmizliyə ehtiyacı olan yerləri aşkar edir. Təxminən 30 san. müddətində çeynənir. Köhnə ərp göy, yeni ərp isə qırmızı rəngə boyanır. Sərbəst Eritrozin (E 127).

PCA 260 Plaquefinder liquid
Diş ərpi indikatoru məhlul. Peşakar istifadə üçün. Köhnə ərp göy, yeni ərp isə qırmızı rəngə boyanır. Sərbəst Eritrozin (E 127).
- image

TS 261 travel set
CURAPROX-dan səyahət üçün ideal olan dəst. Tərkibi: 2720 ədəd CUREN® tükcüklü (0.12mm diametrli) Super soft travel diş fırçası, 0.05% ftorid və 0.05% xlorheksidin (5ml) tərkibli CURASEPT ADS® 705 mini gel diş məcunu, TP 945 diş gürdanı.

Faydalı yardımçılar
Faydalı yardımçılar
Misal üçün, bir dil təmizləyicisi olan sıradan bir şey, başlayan söhbətin
təbəssümlə davam edəcəyini təmin edə bilər.
Bəzən bir az artığına ehtiyac var
Bu kiçik yardımçılar bəzi hallarda vazgeçilməz olur. Onlar ağız higiyenasını dəstəkləyir,
motivə edir və ya əvəzolunmaz olur: CTC dil təmizləyicisi halitoz ilə mübarizə edir. PCA 223
Plaquefinder tabletləri təmizliyə hələ ehtiyacı olan yerləri aşkar edir. UHS 616 güzgüsü
divar güzgüsündə görmədiyiniz yerləri sizə göstərir. Səyahət dəsti hərəkət halında belə ağız
baxımını asanlaşdırır.

Xoşagəlməz qoxunu sadəcə qaşımaq lazım
Xoşagəlməz qoxu dildə, fissuralarında, diş aralarında yığılan bakteriya örtüklərindən
gələ bilər. CTC dil təmizləyicisi mükəmməldir. Onun düzgün anatomik forması ürək bulantısını
azaldır və faydası ilk istifadəsindən görülür və hiss edilir.

Plaquefinder aşkaredici tabletlər
CURAPROX ərp aşkaredici tabletlər dəyərli və zəmanətverici yardımçılardır. Onlar ərpi aşkar edir və təmizliyə ehtiyacı olan yerləri aydın göstərir. Əlavə effekt: Plaquefinder motivasiya edir: ən böyük mükafat ərpin yox olmasını görməktir.
- İki rəngli sistem: köhnə ərp mavi, yeni ərp qırmızı rəngə boyanır.
- Tərkibində Erythrosine (E127) yoxdur
- Xoş, meyvə tamı

İstifadəsi
Ərp aşkaredici tabletləri təxminən 30 san. müddətində çeynəyin. Köhnə ərp mavi, yeni ərp
qırmızı rəngə boyanır. Həmçin peşəkar istifadəsi üçün aşkaredici məhlul-PCA 260 Plaquefinder
mövcuddur. Tərkibində Erytrosine(127) yoxdur.

Yoxlama əyləncəli ola bilər
Fırçalama yaxşıdır, lakin divar güzgüsündə ağızın bütün hissəlri görsənmir. Fırçalamanın
nəticələrini görmək üçün, pasiyentlərə PCA 223 Plaquefinder tabletlərini və UHS 616
stomatoloji güzgüdən istifadə etmək lazımdır. Nəticəsi görülə bilən fırçalama daha
əyləncəlidir.

Hərəkət halında ağız təmizliyi
CURAPROX TS 261 səyahət dəsti yolçuluqda idealdır və köynək, şalvar, pencək ciblərinə rahatlıqla yerləşir. CURASEPT ADS® 705 gel diş məcunu (5 ml) yalnız 0.05% fluoridi deyil, həm də 0.05% xlorheksidini ehtiva edir. Xlorheksidin antibakterial effektlə bərabər ərpə qarşı da təsir göstərir-səyahətdə ağız higiyenası çətinləşdiyi zaman mükəmməl cəhət.
- CURAPROX “super soft” səyahət diş məcunu
- CURASEPT ADS® 705 gel diş məcunu (5 ml)
- CURAPROX TP 945 diş gürdanı

Hamısı bir arada, yeni implantın baxımı üçün mükəmməl "başlanğıc dəsti"
Cərrahi müdaxilədən sonra diş ətləri çox həssasdırlar. Dişlərinizi və implantlarınızı
təmiz və sağlam sağxlamaq, diş ətlərinizi bərpa etməyə yardımçı olmaq üçün CURAPROX doğru
vasitələrə sahibdir. İmplantınızdan uzun müddət razı qalmanızı təmin etmək üçün biz sizə bu
implant dəstini tövsiyə edirik. Ağız higiyenasını yeni implantın tələblərinə uyğun təşkil
etməniz vacibdir.

Təmiz dişlər və breketlər, əyləncə və uğur
Breketlər ağız təmizliyini çətinləşdirir. Aralarda və breketlərin əlçatmaz yerlərində təhlükəli ərp yığılır. Qida parçaları və ərp, diş aralarındakı kimi, breket və simlərə də ilişib qalır. Bu dəst, sizi yaxşı ağız təmizliyi təmin edəcək vasitələrlə təmin edir.
- Systematik qayğı: diş fırçası, tək dəstəli fırça, interdental fırça, diş sapı
- Sadə və effektiv: hamsı bir arada Ortho kit
- Praktik: Pocket set cib dəsti daxildir

Ortho mum
Ortodontik mum rahat qablaşmada yerləşir, şəffafdır, dadsızdır. Breket və simlərə yaxşı
yapışır, diş ətlərini zədə və sürtünmədən qoruyur.