İcmal
Interdental fırçalar
CPS prime
Dişlərin proksimal səthlərinin kariyesi, gingivit və parodontitin asan və effektiv profilaktikası üçün dünya bazarının ən incə və dəyərli diş arası fırçalarıdır. CPS prime interdental fırçalarının yüksək keyfiyyəti, təmizlik üçün tək hərəkəti yetərli edir: bir dəfə içəri və bayıra. Hazırdır!
- image
- image
- image
- image
CPS strong & implant
CPS strong & implant fırçaları implant və körpüvari protezlərlə əlaqəli xüsusi hallarda uyğundur. Özəlliklə aypara formasında əyildikdə yan təzyiq göstərərək olduqça effektivdirlər.
CPS pocket set
Evdə və səyahətdə istifadə üçün nəzərdə tutulmuş, cəlbedici və səmərəli dizaynlı futlyarın içərisi bir ədəd UHS 450 tutacaq və dörd ədəd CPS prime (06,07,09,011) fırça ilə təchiz edilmişdir. Fırçalar fərdi olaraq komplektləşdirilə bilər.
UHS 409 handy holder
Düz, plastic, kilidli rahat tutacaq.
UHS 451 mini click holder
Plastik, bucaqlı, kilidli tutacaq.
UHS 430 max click holder
Plastik, bucaqlı, kilidli tutacaq.
UHS 410-413 mono aluminium holder
Bucaqlı, çevirilən kilidli, alyuminiumdan hazırlanmışdır. Yaşıl, cəhrayı, qızılı, göy rəngi mövcuddur.
UHS 420 duo aluminium holder
İki tərəfli, çevirilən kilidli, gümüşü rəngli alyuminium tutacaq.
UHS 415 mono stainless steel holder
Bir tərəfli, gümüşü, bucaqlı, çevirilən kilidli polad tutacaq.
Interdental Access Probing
Peşəkar istifadə üçün diş arası zond. İAP zondun köməyi ilə siz pasiyentlərin diş arası məsafələrini ölçüb müvafiq CPS prime interdental fırçalarını seçirsiniz. Pasiyentlərə İAC diaqram ilə birlikdə dəqiq təyinatın verilməsi olduqca asandır.
CRA prime / CRA regular
Bu fırçalar stomatoloji ucluqlara taxılma imkanına malikdir. Rotasiya ilə və ya rotasiyasız, profilaktik diş məcunu və ya su ilə istifadə etmək olar. CRA prime/ CPA regular fırçaları, təmas nöqtədən aşağı zonalar daxil olmaqla, diş əti xəttini və çökük səthləri, rotasiya ilə və ya rotasiyasız təmizləyir – yavaş və diqqətli olmaq şərti ilə. Damaq, dil və distal səthlər üçün ideal uyğundur.
Interdental fırçalar
CURAPROX interdental diş fırçaları
İnterdental sahələr, təmizlənməyə ehtiyacı olan sathlərin, şırımlar daxil
olmaqla, 30% təşkil edir. Buraları fırçalamaqdan imtina etmək sağlamlıq üçün risk
daşıyır. Diş flossların imkanı anatomik səbəblərdən məhduddur. Effektiv təmizlik üçün
düzgün diş arası fırçalar tələb olunur.
Asandır: İçəriyə. Bayıra. Bitdi.
Doldurucu, incə, effektiv: CURAPROX interdental fırçaları diş aralarını tam, effektiv və
zədələmədən təmizləyir: diş əti xəttindən kontakt nöqtəyə qədər. Hətta ən kiçik diş arası
boşluqlar belə zədə riski daşımır-ultra incə və ekstra möhkəm CURAL® cərrahi
sim sayəsində bir təmizlik hərəkəti kifayət edir: içəri və bayıra. Bitdi.
İçəriyə, sonra bayıra-tələb olunan yalnız budur.
CPS prime-ən kiçik və bənzərsiz davamlılığı olan fırçadır. CPS 06 prime ən nazik
interdental fırçadır və ən dar boşluqlara sığa bilər. Kilid sisteminin
mövcudluğu fərdi və sevimli tutacaqlarla istifadə edilməsini mümkün edir. CPS
prime keyfiyyəti, tək təmizlik hərəkətini yetərli edir: içəriyə və bayıra.
Bitdi.
Çətir effektli ultra incə tükcüklər
İncə tükcüklər diş arasındakı bütün kritik zonalara yetişirərək mükəmməl gərginlik
saxlayır.Tükcüklər, açılaraq, boşluğu tam doldurur və çətir effekti sayəsində
zərif və effektiv təmizlik aparır.
Ən dar boşluqlar üçün- patentləşdirilmiş cərrahi sim
Xüsusilə CURAPROX üçün: çox incə və qüvvətli CURAL® cərrahi sim-CURAPROX
CPS prime fırçalarının yüksək keyfiyyətini və zərifliyini, uzunmüddətli davamlılığını təmin
edir. CURAL® nikeldən azaddır və allergik insanlar üçün
zərərsizdir.
Simin konus formalı nüvəsi qırılmaları imkansız edir və başlığın
yararlılıq ömrünü uzadır.
Bütün tutacaqlar üçün kilid sistemi
CPS prime ilə interdental təmizliyi çox zövqlü və asan etmək üçün.
5 ölçüdə mövcuddur
CPS prime beş ölçüdə mövcuddur. Doğru ölçünüzü bilmək üçün stomatoloqunuza müraciyət edin.
İstifadəsi
Doğru ölçünü stomatoloqunuz təyin etsin. CSP prime axşam vaxtı dişlərinizi fırçalamadan öncə və ya sonra istifadə edin-bir dəfə diş arası içəriyə və bayıra. Bitdi.
Həqiqətən, içəri və bayıra-tələb olunan yalnız budur.
Boşluğu doldurmqaq-həlledicidir
Ölçüm olduqça vacibdir-və uğurun təməlidir: boşluq tam doldurulursa, interdental fırça
eyni zamanda çökük səthləri, diş arası şırımı və təmas nöqtəsindən aşağıda yerləşən
problemli zonanı təmizləyir
Diş həkimliyində Interdental: CRA prime
Aşağı sürətli ucluqlar üçün nəzərdə tutulan interdental fırçalar vaxt qənaəti, səliqə və asan istifadə təklif edir: rotasiya ilə və ya rotasiyasız, məcun ilə və ya məcunsuz, su ilə və ya susuz, işıq ilə və ya işıqsız. CRA prime diş əti xəttini, və təmas nöqtəsı altındakı zona daxil olmaqla, çökük səthləri rotasiya ilə və ya rotasiyasız, yavaş və səliqə ilə təmizləyir. Damaq, dil və distal istifadəsi üçün idealdır.Bu mükəmməl, sürətli və xoş interdental təmizlikdir.
- Sürətli: 15% qədər vaxt qənaəti
- Rahat: pasiyentlərə xoşdur-sizə asandır
- Dəqiq: peşakar təmizlik üçün hətta sıxlıq N.B.
- Avtoklava qoyulmaz. Sabitlik saat əqrəbi yönündə artır(200-400 dövr).
Arxa plan: sistemli çeşidlik
Peşakar ucluq üçün ultra incə CRA prime interdental fırçaları stomatoloqların işini
asanlaşdırır və təkmilləşdirir. İstifadə çeşidliyi: işıqla, spreylə, rotasiya ilə və ya
rotasiyasız-cilalama məcunu ilə ya onsuz. Sürətli, rahat və dəqiq-sadəcə ucluğa taxmaq
kifayətdir.
CPS prime və CPS regular ölçülərində mövcutdur
Rəngli kod sayəsində, stomatoloqlar düzgün interdental fırça ölçülərini pasiyentlərə evə
götürməyə verə bilərlər
Diş həkimləri üçün: THE sistem
Sistematik iş bacarığı yalnız vaxta qənaət deyil, həmçin sizin yüksək peşəkarlığınızın göstəricisidir:
- İAP zondun vasitəsilə siz interdental ölçünü təyin edirsiz və CRA prime ucluq fırçasını seçirsiniz.
- CRA prime ucluğa taxılır. Aşağı sürətlə və ya rotasiyasız siz CURASEPT ADS® 1% periodontal gel əlavə edərək, interdental zonaları təmizləyirsiz.
- Rəng kodlu İAC cədvəli sayəsində siz doğru CPS prime fırçalarını ev baxımı üçün xəstənizə verə bilərsiz.
Perio status xəstələri üçün
İnterdental zonalara qayğı hamı üçün vacibdir, lakin parodontitli xəstələr üçün
qaçınılmazdır. Diş arası fırçaların əksəriyyəti o qədər sərtdir ki, istifadələri çox zaman
ağrılıdır. Ağrı verməyən kiçik fırçalar isə çox yumşaqdır və təmizliyi yarımçıqdır. İndi isə
parodontitli xəstələr üçün artıq CPS perio vardır- böyük diş arası məsafələrə doğru fırça
seçimi imkanı verir. İstifadədə xoş və effektivdir.
YENİLİK: CPS perio
Parodontitli xəstələr üçün. Həmçin plomb, qapaq, körpü və inadçı ərp üçün
idealdır
Extra-uzun tükçüklər,yüksək effektivlik
Extra incə, incitməyən
Güçlü
sim sayəsində yüksək möhkəmlik və davamlılıq
Uzunömürlülük
Bütün tutaçaqlar üçün kilid
sistemi
Xüsusi kiçik fırçalar: CPS strong & implant və CPS soft implant
Ara məsafələr parodontal müalicədən və implant əməliyyatından sonra daha böyükdürlər. İncə əv uzun tükcükləri ilə CPS soft implant fırçası böyük araları təmizləmək üçün ideal uyğundur. Daha güclü CPS strong&implant versiyası implant və körpülərin xüsusi baxımı üçün faydalıdır. Aypara şəklində əyilmiş olan bu fırçalar, yan təzyiq göstərərək olduqca effektivdir.
- Çətir effektli özəl uzun tükcüklər
- Plastik örtük
- Yüksək davamlılıq
- Kilid sistemi
Plastik örtüklü
Həssas titanium implant səthlərinin implant fırça tərəfindən necə mühafizə edildiyinin açarı.
Nüvə simin konusvari dizaynı erkən sınmaları istisna edir, fırçanın istifadə ömürünü uzadır.
İmplant fırça böyük ölçülü tutacağa taxılır və interdental təmizliyi xoş və asan edir.
Çətir effektli xüsusi uzun tükcüklər
Tükcüklər diş arası məsafənin bütün kritik yerlərinə daxil olurlar və mükəmməl gərginliyə sahibdirlər. Açılaraq, diş arasını tam doldururlar və cətir özəlliyi sayəsində effektiv təmizləyirlər.
Sizin fərdi tutacağınız
Hər bir CPS interdental fırça CURAPROX tutacağının hər birinə uyğundur, bu da fərdi tutacağın tapılmasını asan edir: düz və ya bucaqlı, adi və ya çevirilən kilidli, plastikdən və ya alüminiumdan-hətta paslanmaz poladdan. Bucaqlı tutacaqlar arxa dişlərin təmizlənməsini asanlaşdırır.
- Asan kontrol
- Bütün CPS interdental fırçalar üıün idealdır
- Bütün CPS interdental fırçalarda təkrar istifadə edilə bilər
- Çevirilən və ya patentləşdirilmiş kilid sistemi
Nə üçün bizə diş arası fırçalar lazımdır?
Çünki adi fırçalar diş səthinini yalnız üçdə ikisinə yetişə bilir. Diş fırçaları dişlərin içərisini, bayırını və tacını təmizləyir.Bəs diş arasında yerləşən diş səthi və diş əti xətti necə? Onlara nəinki fırça, diş flossu belə çox zaman yetişə bilmir. Beləliklə, buralarda dişin itirilməsi ilə nəticələnə bilən kariyes, iltihab və parodontitin yaranmasına uyğun şərait var. Bu halları önləmək olduqca asandır: stomatoloqların tövsiyəsi ilə interdental zonaların təmizliyini gündə bir dəfə, axşam, diş fırçalamasından öncə həyata keçirmək lazımdır. Diş arası ərpdən azad olacaqsız.
Solda: Kritik zonalar nəyinki diş fırçaları, hətta flosslar üçün də əlçatmazdır. Diş sapları çökük zonaların üzərindən keçir. Lakin ön dişlər üçün olduqca yararlı ola bilər.
Ortada: Qısa tükcükləri olan interdental fırçalar. Boşluğu tam doldurmadıqları üçün, zəyif effektli və ya tam faydasız qalırlar. İltihab başlayır və parodontitə dönə bilər. Dişlərin itirilməsi labüddür.
Sağda: Doğru: A CPS prime diş arası boşluğu tam doldurur, ərpi bütün kritik nöqtələrdən və diş əti xəttindən xaric edir-bir hərəkətlə, səliqəli və effektiv.