İcmal
Diş sapları və diş çöpləri

DF 846 implant-saver
İmplant baxımı üçün rahat, incə, effektiv, elastik mikrofiber diş sapı. İki tərəfli saptutacaq. Komplektdə 30 ədəd.

DF 834 dental floss waxed
Mumla hopturulmuş nanə ətirli diş sapı. Uzunluğu 50 m. Mum sayəsində floss rahatlıqla diş arası təmas nöqtələrindən keçir.

DF 820 PTFE floss tape
Bu innovativ diş sapı qopmağa qarşı davamlı PTFE lentindən hazırlanıb. PTFE örtüyün sayəsində, dişlərin kontakt nöqtələrindən olduqca rahat keçir. Uzunluğu 35 m.

DF 845 implant & braces
Körpüyəbənzər protez, implant və ortodontik konstrusiyaların təmizlənməsi üçün hazırlanmışdır. Qalın məsaməli və iki tərəfli saptutacağı olan diş sapı. Olduqca praktik və əlverişlidir: qablaşmada yerləşir, tüpürcəklə islanmır, formasını itirmir, diş ətini zədələmir. 25cm uzunluğunda, 50 ədəd iki tərəfli saptutacaqlı.

DF 841 3 in 1 floss
Bu diş sapı üç hissədən ibarətdir: saptutacaq, nazik məsaməli hissə və diş sapı. 70cm uzunluğunda. Qutuda 100 ədəd.

DF 843 3 in 1 periofloss
70cm uzunluğunda, saptutacaqdan, məsaməli qalın hissədən və diş sapından ibarətdir. Qutuda 30 ədəd.

DF 844 bridge & implant
Flossuz,məsaməli diş sapına ehtiyacı olan insanlar üçün. İki tərəfli saptutacağı olan qalın, məsaməli diş sapıdır. Uzunluğu 25cm, qutuda 30 ədəd.

Diş sapları və diş çöpləri
CUPRAPROX diş sapları və diş çöpləri
Ön dişlər və dental floss: bəli.Digər interdental məsafəlrin əksəriyyəti: interdental fırçalar. Stomatoloqunuzun qərar verməsi əfsəldir. Xüsusi hallarda: teksturalı floss və ya İmplant -Saver çıxış yolu ola bilər.
Bəli, diş sapı, yalnız doğru olanı
Sıx duran dişlərdə flosslar effektiv ola bilər. Lakin, diş araları eyni deyil və hamısına
uyğun təmizlik üsuluna diqqət yetirilməlidir. Doğrusu, diş sapını bəyənməməkdə bizim üç
səbəbimiz var: birincisi, faydalı istifadəsi asan iş deyil. İkincisi, diş sapı çökük
səthlərin üzərindən keçir və oraların təmizliyi yetərsiz olur, əgər ümumiyyətlə olursa.
Üçüncüsü, diş ətini kəsib qanaxmağa yol aça bilər. Bununla bərabər, flossdan düzgün
istifadə edən insanlar, CPS 06 prime kimi ən kiçik fırçaların belə daxil ola bilmədiyi
araları təmizləyirlər, misal üçün frontal və bəzi arxa dişlərin arası. Stomatoloqdan hansı
diş arasını flossnan və ya interdental fırça ilə təmizləyəcəyinizi öyrənin.

Təbii dişlər və ya implantlar üçün olsun: diş sapları bəzən əvəzedilməzdir
Ön dişlər, xüsusilə aşağı çənədə, çox sıx yerləşir. Hətta CPS prime 06 istifadəsi
mümkün olmaya bilər. Dental floss bu hallarda idealdır. Həmçin implant qulluğunda
faydalıdır; xovlu saplar tövsiyə olunur, lakin düzgün və diqqətlə istifadə edin.

İlmə üsulu
Təxminən 50sm floss parçasını götürün, hər iki ucunu bərabər tutub ikiqat düyün vurun.
Dörd barmaq çapında ilmə düzəltməyə çalışın. İlmə böyük olsa, diş sapını idarə etmək
çətindir. İşarət və böyük barmaq arasında minimal məsafə saxlayın, bu sizə sapı asan
və təhlükəsiz, diş ətini kəsmədən, kontrol etməyə yardım edəcək. İndi çox sıx diş arasında
sapı asan və təhlükəsiz idarə edəcəksiz.

Qlobal yenilik: Elastik mikrofibrli diş sapları
İmplant ətrafı diş əti xətti çox əhəmiyyətlidir-və onun xüsusi təmizliyə ehtiyacı vardır.
Tamamən yeni bir şəkildə İmplant-Saver şırımın təmizliyini təmin edir: bu floss elastikdir
və mikrofiberdən toxunur. İmplantın üzərində-diş əti xəttinin üstündə
yerləşdirin-İmplant-Saver asan sıxılır və boşalır.Hərəkətin nəticəsi-səliqəli, lakin
effektiv təmizlik. Təmiz diş şırımı və uzun ömürlü implant üçün.

DF 846 Implant-Saver
- Gündəlik implant baxımı üçün hazırlanmışdır
- İki tərəfli saptutacaq
- Ekstra xovlu mikrofiber
- Elastiklik sayəsində səliqəli təmizlik
- Praktik, incə və səmərəli

Xovlu sap, cari vəziyyət: DF 845 implant & braces
Qapaqlar, körpülər, implant və breketlər-təmizlik zamanı xüsusi problem yardırlar.
CURAPROX indi özəl bir floss sahibidir: xovlu saplı DF 845 implant və breket. Orta xovlu
hissə sahəni doldurur və maksimum effektlə təmizləyir. Uclarındakı nazik saplar ən sıx diş
aralarından asan keçir, məsaməli hissə dişlərin və ortodontik sim və breket
aralarından rahat sürüşür. Və unutmayın: saplar tüpürcək çəkmir, şişmir və möhkəm qalır.
Dental floss qutusu sayəsində, DF 845 implant & braces daimə əlinizin altındadır.

İnsanlar diş sapını sadəcə diş sapı olduğunu düşünürlər
Sizin üçün qərarımız budur: məhsullarımızın arasında mumlanmamış heç bir diş sapı
olmayacaq. Mumsuz diş sapının verə biləcəyi zədə riski olduqca böyükdür. Mumlanmış floss
kontakt nöqtələrdən mükəmməl sürüşür və yaralanma riskini azaldır. Əlavə olaraq, sizin seçim
imkanınız var: nanə ətirli, müxtəlif qalınlıqlı xovlu saplar, dental lent və ya sap, PTFE
örtüklü və ya diş gürdanlı diş sapı.

Diş çöpləri
Lucky Luke siqareti tərgizdiyi zamandan ot çeynəməyə başladı. Ot, diş çöpünü əvəz edəcək sərtlikdə deyil. Ağac da doğru material deyil-sökülür və zəzərli ola bilər. Bu səbəbdən bizim gürdanlarımız müxtəlif materiallardan hazırlanır. Hirsli, lakin təhlükəsiz və faydalıdır.
- Neylon, plastik və ya xüsusi sintetik materialdan hazırlanlr
- Elastikdən sərtliyə
- Sadə və tükəbənzər uclu

Diş dostu materiallar
TP 930 Brushpic diş gürdanı neylondan hazırlanmışdır: sərt, incə və tükəbənzər uclu.
Diş və ərp çöpü TP 945 Tartar-stix innovativdir: yüksək keyfiyyətli,
minerallaşdırılmış xüsusi sintetik materialdandır. Elastik sintetik materialdan hazırlanmış
TP 917 Dentastix adi olan bir şeydir.