İcmal
Ultrasəsli diş fırçaları

CHS 200 sensitive fırça başlığı
CHS 200 sensitive yumşaq fırça başlığı sonic fırçaların yeni istifadəçiləri üçün ideal uyğundur, çünki incə və zərif olmaqla bərabər, yüksək təmizlik qabiliyyətinə malikdir.

CHS 300 power fırça başlığı
CHS 300 power fırça başlığı professionallar üçün maksimal səmərəliyi təmin edir: güclü başlıq mükəmməl təmizləyir, lakin incə və effektivdir.

Ultrasəsli diş fırçaları
CURAPROX ultrasəsli diş fırçaları
Təmizlik heç bir zaman belə incə olmamışdır. Xüsusilə vacib yerlərdə: diş əti xətti boyu
və gizli şırımlarda. Hətta diş arası.

42,000 qədər titrəşim
42000 qədər titrəşim
CURAPROX Hydrosonic –in istifadəsi gerçəkdən xoşdur, çünki o dişlərə sanki sığal vurur. Bu onu o qədər təhlükəsiz edir ki, uşaqlar belə problemsiz işlədə bilərlər. İmplant və breket sahibləri isə heç bir zaman belə sadə, sürətli və hərtərəfli təmizlikdən rahat olmamışlar. Hətta həssas diş əti olan insanlar belə rahat nəfəs alacaqlar, çünki Hydrosonic diş baxımına peşəkarcasına yanaşmanı təşviq edir. Dəstin tərkibində sizə CPS diş arası fırça ilə Enzycal diş məcunu nümunəsi və hamısı səyahət qutusunda təklif olunur. Hydrosonic diş fırçası gerçəkdən də ağız sağlamlığının yeni erasının başlanğıcıdır.
Hydrosonic hekayəsi
«Həmişəki kimi, hər şey təsadüflə başladı: Sürixin baş stansiyasında, nəqliyyatın sıx vaxtında, insanlar qatarlarını qaçırmamağa çalışarkən, mən Professor Ueli Saxer-ə rast gəldim. O məni «Au premier» restoranına dəvət etdi və qəhvə süfrəsi arxasında biz diş təmizliyin doğru yolları haqqında söhbət etdik. Mən çox maraqlandım, çünki Ueli Saxer sonic diş fırçalarının mövzusu ilə dərindən məşğul idi.
Əlbəttə ki mənim gizli motivim var idi. Ueli Saxer-a sual verdim: mövcud olan ultrasəsli fırçalardan daha yaxşısını düzəltmək olarmı? Bəli, dedi Ueli Saxer, düzgün fırça başlığı istifadə etməklə.
Və budur – bizim birlikdə hazırladığımız ilk fırça başlığı. Ağız higiyenasının yeni dövrünə başlanğıcınız uğurlu olsun.»
Tutarlı səbəblər
Ümumiyyətlə, düzgün istifadə nəticəsində, adi diş fırçaları elektrik fırçalar kimi yaxşı təmizləyə bilər, lakin indi CURAPROX Hydrosonic istifadəsi üçün daha çox səbəb vardır. Artıq breket, implant, cətinlik yaradan ortopedik körpülər – Hydrosonic-lə təmizlənəcək mürəkkəb bir şey qalmadı. Üstəlik hərəkət çətinlikləri mövcud insanlar Hydrosonic – in fırçalamalara böyük dəstək verdiyini hiss edəcəklər.

Bu hidrodinamik effektir
«Hidro»-nun mənası «su»-dur; «dinamik»-in Yunanca mənası «güc» və «qüvvət»-dir. Əslində, bu yalnız təmizlik tükcükləri deyil , həmçin fırçalama zamanı ağızda olan tüpürcək, su və diş məcunu qarışığıdır. Dəqiqədə 32.000 titrəşim gücü ağızda su turbulensi yaradır, bu isə elə bir qüvvədir ki, ağızda yaranan mayeni diş aralarına, boşluq və parodontal ciblərə yönəldir və ərp ilə bakteriyaları söküb atır. Tükcüklər yetişmədiyi vacib yerlərə ağız mayesini istiqamətləndirir. Bu yalnız ağız boşluğu sağlamlığına deyil – ümumi sağlamlığa fayda verir: parodontal ciblərin təmizlənməsi kardiovaskulyar xəstəliklərin yaranma riskini azaldır: bakteriyalar parodont ciblərindn xaric edilir və qan dövranına daxil olmur.

Müstəqil mütəxəssislərin tövsiyəsi
Bir neçə sonic diş fırçasında inanılmaz özəllik vardır: hidrodinamik effekt. Müstəqil «Sonic hydrodynamic task force» təşkilatı, bir neçə bu xüsusiyətli fırça sırasında CURAPROX Hydrosonic-i tövsiyə etmişdir – eyni zamanda tükcüklərin yetişmədiyi yerləri təmizləyir: diş aralarını, parodontal cibləri, implant və breket boşluğlarını.

Nə üçün Hydrosonic digər diş fırçalarından fərqlidir?
Ultrasəsli diş fırçaları, dartışmasız, ən effektiv və rahat diş təmizliyi
vasitələrindəndir; dünya bazarında bir çox nümunəsi olduğu halda,
sizin üçün ən uyğunu hansıdır? Diş fırçalarının ən vacib hissələrindən biri,
onunu başlığı və tükcükləridir. Hydrosonic inanılmaz incə və zərif CUREN®
tükcüklərindən istifadə edir ki, nəticədə bunlar həlledici fərq yaradır.
Hydrosonic diş fırçası nəyi vəd edir?
Diş fırçası ilə təmizlik aparmaq həmişə asan deyil. Doğru texnikanı dəqiq bilən varmı? Və
çox zaman, fırçanı böyük təzyiqlə urəli və geri sürtməklə, faydasız təmizlik nəticəsində
ciddi zədələmərə yol açılır. Müqayisədə, CURAPROX Hydrosonic həm dişlərin, həm diş ətlərinin
effektiv təmizliyini, həm incə, həm də səliqəli həyata keçirir.

CUREN® tükcükləri: ideal profilaktika üçün yumşaq və effektiv
UltrasəsIi diş fırçalarının əksəriyyətində istifadə olunan tükcüklərin diametri 0.2mm-dir, CUREN® tükcüklərin çapı yalnız 0.152mm-dir. Sadə İngilis dilində bunun mənası odur ki, tükcüklər ən mühüm yerlərə daxil olub inanılmaz yumşaq təmizlik aparmağa qadirdir:
-
Diş əti xətti
-
Parodontal ciblər
-
Diş araları
-
Gizli çatlar
-
İmplant ətrafı
-
Breket və qövslər

Sizin seçiminiz- həssaslıq və ya qüvvət: dəyişdiriləbilən Hydrosonic fırça başlıqları
Hydrosonic dəsti “sensitive” və “power” fırça başlıqlarını ehtiva edir. CHS 200 sensitive yeni başlayanlar üçün idealdır: xüsusilə incə və effektiv yanaşma ilə təmizlikdə böyük fayda saxlayır. CHS 300 power peşəkarlara yüksək səmərə təmin edir: qüvvətli fırça başlığı mükəmməl təmizləyir və eyni zamanda incəliyini saxlayır.

45-qərəcəli erqonomik tutma qabiliyyəti
Fırçalama zamanı diş əti xəttin təmizlənməsi olduqca vacibdir, lakin, əksər hallarda, fırçanı düzgün bucaq altında tuta bilməmə səbəbilə, buna nail olmaq olmur. Hydrosonic, tutacağındaki çökəklik sayəsində, fırçanın diş və diş ətinə yönəlik düzgün bucaqı təmin edir, beləliklə, hər dəfə yüksək təmizlik nəticəsini əldə etmək mümkündür.
Üç təmizləmə rejimi ilə güclü motor
Hydrosonic dəqiədə 42.000 qədər titrəşimlə işləyir, güclü motoru isə üç
təmizləmə rejimi təklif edir. «Intensive» rejim bakteriya biofilmini düzgün şəkildə
xaric etmək üçün idealdır. «Soft» həssas diş və diş ətlərini təmizləmək məqsədi
daşıyır. «Massage» rejimi diş ətlərinin massajı və yeni fırçalama metoduna uyğunlaşmaq
üçün nəzərdə tutulub.

Dörd yaşdan yuxarı və yeniyetmələr üçün ideal uyğundur
CURAPROX Hydrosonic gənc dişlərin effektiv təmizlənməsinə başlanğıcdan nail olmaq üçün tövsiyə olunur.Uşaqlrın hərəki qabiliyyətləri yetərli olmadığı üçün, manual fırçalamada bir çox toxunulmayan yer qalır.Sonic və CUREN® texnologiyası sayəsində uşaqlar indi fırçlamalarda böyük nailiyyətlər əldə edə bilərlər.Təcrübə göstərir ki, uşaqlar Hydrosonic diş fırçası ilə daha uzun müddət və zövqlə fırçalayırlar. Müqayisədə, yaş manual fırça ilə,təzyiq edərək, irəli-geri sürtməyə məcbur qalırlar. Dişlərin doğru start aldıqlarından əmin olun.

İmplant və breket üçün
İmplant və breket sahibləri Hydrosonic istifadəsindən faydalanacaqlar,çünki ağız boşluğu təmizliyinə xüsusu diqqət yetirməlidirlər. Diqqətli və qayğıkeş təmizliyə möhtac bir çox əlavə yer vardır ki, Hydrosonic onlara yetişir və incəliklə təmizləyir. İnsanların üzündə narahatçılıq əvəzinə təbəssüm yer alır, təmiz və parlaq dişlərə, implant və breketlərə sahib olma zövqündən irəli gələn təbəssüm.

Hydrosonic ilə təchiz edilir: CPS prime interdental fırçalar…
Dişlərin fırçalama keyfiyyətindən asılı olmayaraq, yalnız fırçalama yetərli deyil. Diş arası məsafələri təmiz və sağlam saxlamaq istəyən hər kəs CURAPROX CPS interdental fırçalardan məmnun qalacaq. Bu kiçik fırçalar o qədər incə və effektivdirlər ki, diş arası təmizlik gerçəkdən zövq verir. Floss ilə müqayisədə istifadələri daha asandır, və dişlərin arasında mövcud olan çoxlu miqdarda yarıq və boşluqları təmizləyir.

… və CURAPROX enzycal diş məcunu
Enzycal diş məcunu dişlərə, diş ətlərinə və selikli qişaya incə yanaşan, mülayim
diş məcunudur. Qıcıqlandırıcı və mübahisəli qatqılardan qaçınmaq istəyən və ağızda
xora görmək istəməyən insanlar üçün Enzycal mükəmməl bir seçimdir.
Sonic-dostcasına
Enzycalın digər məcunlar kimi köpüklənməməsi, onu sonic fırçalarımızın ideal bir əməkdaşı
halına gətirir. Səs dalğaları köpük ilə əngəllənmir və onlar maneəsiz yayılırlar. Bu, səs
fırçalarının həqiqətən öz üstünlüklərini necə istifadə etdiklərini göstərir: səs
dalğalarının sayəsində digər fırçaların yetişə bilmədiyi yerləri təmizləyir.
Qara yeni bəyazdır
Qara və tamamilə çarpıcı: CURAPROX Hydrosonic diş fırçası, səmərə ilə dizaynı mükəmməl
səviyyədə özündə birləşdirir. Üstəlik biz sizə elə bir ilk ağarıdıcı diş məcununu
təklif edirik ki, gerçəkdən ağız boşluğu sağlamlığını gücləndirir.