Məqalələr

Qanayan diş ətləri bir təhlükə siqnalıdır

Sağlam diş ətləri qanamır, hətta bir alma yediyinizdə, dişləri fırçaladığınızda və ya diş həkimi ağızınızda işlədiyi zaman.

Bəzən almanı dişləyərkən qırmızı izlər qalır. Bəzən isə qan izləri fırçalamadan sonra tüpürcəkdə aşkar olur. Səbəbindən asılı olmayaraq, diş əti qanamaları, diş əti iltihabına(gingivit) və ya parodont iltihabına(parodontit) işarət edən xəbərdarlıq ola bilər. Nəticədə diş itirilə bilər. Sağlam diş ətləri qanamır. Onlar solğun cəhrayı rəngdə, bərk və büzməli profillidir. Xəstə, iltihablı diş ətləri tünd qırmızı rəngdə, yumşaq və həssasdır. Onlar asanlıqla qanayır və xoşagəlməz qoxu verir.


Səbəb:zəyif ağız higiyenası

Diş əti iltihabının və onu müşaiyət edən qanamaların əsas səbəbi zəyif ağız higiyenasıdır. Fırçalanmayan və ya pis fırçalanan dişlərin üzərində bakteriyal ərp formalaşır. Diş və diş əti arası çökük(şırım) xüsusilə risk altındadır. Ərpdə yerləşən bakteriyalar, endotoksin adlanan zərərli metabolik maddələri ifraz edib immun sistemini cavab verməyə vadar edirlər. Bu immun cavab iltihabı tətikləyir və, bakteriyalar məhv olduqlarına baxmayaraq, diş ətlərin çəkilməsinə səbəb olur. Müalicə olunmadıqda infeksiya, parodontu və sonunda çənə sümüyünü sıradan çıxarır. Diş əti qanamalarına, gingivit və parodontitə, zəyif oral higiyenası ilə bərabər, siqaret şəkmək, şəkərli diabet, hamiləlikdə hormonal dəyişikliklər, ağızdan nəfəs alma kimi hallar da səbəb ola bilər.


Daha yaxşı fırçalama

Bəzi dişlərin ətrafında qanamaların aşkar olunması sizə dişlərinizin daha yaxşı təmizləməsinə işarət edir. Qanamadan qaçınmaq üçün heç vaxt fırçalamağı dayandırmayın, infeksiya vəziyyəti daha da ağırlaşdırar. Ərp xaric olunmalıdır, yoxsa diş ətləri sağalmır-bu da yalnız diş fırçası və yardımçı vasitələr ilə mümkündür. Qanama sağalmanın əlaməti də ola bilər: interdental fırçaların ilk istifadəsi zaman bir az qanama baş verə bilər.Bu iltihaba işarət edər və bir həftədən sonra qanama qeyd olunmursa, deməli gündəlik diş arası təmizlik nəticəsində iltihab sakitləşdi və parodontit riski aradan götürüldü. Belə olmayan halda stomatoloqunuza müraciyət edin.
xs
sm
md
lg