Məqalələr
Xoşagəlməz nəfəs ağızda inkişaf edir
Xoşagəlməz nəfəs, ağız boşluğu sağlamlığına diqqət etməyən hər kəstə görülə bilər. Onun yarandığı yerlərdən və səbələrdən qaçınmaq mümkündür.

Yetərsiz ağız təmizliyi simptomları
Bəzən səbəb qida və ya mədə xəstəliyi ola bilər. Lakin halitoz səbəblərinin 90% ağızdan və ya boğazdan qaynaqlanır. İnsanların 6% daimə ağız qoxusundan şikayətçidir, hər dördüncu adam isə hərdən bir şikayət edir. Yaşlı adamlarda gənclərə , kişilərdə qadınlara nisbətən daha çox qeydə alınır.

Ağız higiyenası xoşagəlməz qoxunun ən yaxşı müalicəsidir

Qazıma və çeynəmə yardım edir
Dil qaşıyıcıları, interdental fırça və flossla müalicə alan,lakin ağız qoxusundan əziyyət çəkən xəstələr üçün əlavə yardımçılardır.
Dil qazıyıcıları, dilin arxasında, özəlliklə gobud hissədə yığılan bakteriyaları təmizləyir.
CURAPROX CTC bir və ya iki qanadlı dil qazıyıcıları mexaniki təmizlik həyata keçirir, istifadəsi asandır və dilə qan axımını dəstəkləyir.
Sadəcə saqqız çeynəmə də kömək edir. Həlledici faktor nanə ətri deyil, tüpürcək ifrazını stimullaşdıran çeynəmədir. Tüpürcək bakteriya və qida qalıntılarını yuyub aparır.
