Müsahibələr
Implant baxımında hər xəstəyə fərdi yanaşılmalıdır
Kriens, Avqust 2014 – Öz müsahibəsində Kirsten Warrer yeni CURAPROX implant baxım məhsullarından və tədris zamanı implant baxımında nəyə diqqət edəcəyimizdən bizə söyləyir. Ms Warrer, DDS, Ph.D., Parodontologiya mütəxəssisisi və beynəlxalq mühazirəçidir.
Prof. Warrer, CURAPROX Implant-Saver deyilən yeni diş sapı növü ortaya çıxdı. İmplantların xüsusi qayğıya ehtiyacı var?
Əlbəttə, implantlar bir mikrob mühitində yerləşir. Oral boşluğunda bakteriyalar interdental boşluqlara yapışır, sulcus zədələnmiş, periodontal liqament yoxdur. Xüsusi qayğı mütləq lazımdır.
Implant-Saver-də xüsusi olan nədir?
İki xüsusiyyətləri vardır: elastiklik və həcm. O, rahat halında çox həcmlidir və implantların ətrafında, eləcə də çuxurlarda yaxşı təmizlik aparır.
Məhsul necə istifadə olunur?
İstifadənin iki yolu var. Birincisi, Implant-Saver xüsusi uclarının köməyi ilə interdental məsafələrə yivlənir. İkincisi, Implant-Saver təmas nöqtəsi üzərindən basaraq normal diş sapı kimi istifadə edilə bilər.
Amma Implant-Saver çox həcmlidir?
Bu məhsulda heyrətləndirici odur ki, onun həcminə baxmayaraq, Implant-Saver çox dartılaraq təmas nöqtəsindən keçirilir; təxminən adi diş sapı kimi.
Necə istifadə etməyi tövsiyə edirsiniz?
Threading-in ən təhlükəsiz üsuldur, lakin yalnız çevik barmaqlı insanlar üçün və ön dişlərin ətrafında mümkündür. Threading-in metodu hər iki ucundakı sap tutacaqlar sayəsində körpülər üçün çox yaxşı işləyir. Təmas nöqtəsi üzərindən Implant-Saver-i keçirmək üçün sapı dartın və diqqətlə araya daxil edin.
Və necə təmizləmək lazımdır?
Implant-Saver mümkün qədər həcm yığan zaman yaxşı təmizləyir. Ardıcıl olaraq gərginləşmə və boşalma hərəkətləri ilə təmizlik nəticələrini əldə edirsiz.
Kimin üçün bu məhsulu tövsiyə edirsiniz?
Bir implant və ya körpü olan hər kəsə. Lakin diş həkimi ilə fərdi olaraq sınanmalıdır, əks halda insanlar diş arası fırçalardan istifadə edə bilər.
İdeal implant qayğısı nədir?
Hər xəstəyə uyğun baxım. Bir diş həkimi olaraq, xəstəyə ən yaxşısını və uyğununu tapmaq lazımdır. Siz xəstənin anatomik vəziyyətinə, çeviklik və qabiliyyətinə diqqət yetirməlisiniz. Sonra diş sapına və ya interdental fırçalara üstünlük verəcəyinizə qərar verməlisiniz.
Bütün xəstələrr üçün yararlı təlimat varmı?
Xəstələrin hamısına eynı şey verilirsə, təmizlik diqqətli olmayacaqdır. Misal üçün, hər xəstəyə diş arası fırçaları versəniz və çoxları ondan istifadə edə bilmir, müəyyən bir diş sapı kimi fərqlı bir seçimə ehtiyacınız vardır. Bir xəstə kontrol üçün gələndə bunu aşkar edə bilərsiniz və dişlər arasında yığılmalar görərsiz. Bunun nə üçün bu qədər olduğunu soruşmalı və bir çıxış yolu tapmalısız.