Təbəssümlə

Ərp və ya zar?

Ərp: qaldırıldı. Diş səthləri: cilalanmış. Amma siz diş həkiminizi tərk etdikdən dərhal sonra hər şey yenidən ağzınızda təkrarlanır.

Peçəkar təmizləmədən sadəcə bir neçə dəqiqə sonra dişlərin üzərində çox incə bir film inkişaf edir. Həkimlər tərəfindən ilk və oral biyofilm adlandırılan bu zar, tüpürcəkdəki proteinlərdən formalaşır. Bu qatın vəzifəsi, turşuların dişlərə hücumunu və mineralların itirilməsini əngəlləməkdir. Bir yağlama qatı kimi, çeynəmə zamanı qida və ya digər dişlərdən səbəbli aşınmadan dişləri qoruyur. Bu gənc,təzə biofilm indiki mərhələdə diş dostudur.


Patogen sistem

Bununla birlikdə, bakteriya zara yapışmağa başlayır. Bakteriyalar, zülal və şəkərlər kimi qida maddələrindən yapışkan bir kütlə əmələ gətirirlər. Ərp olaraq da bilinən bu biyofilm əslində asanlıqla xaric edilə bilərə Ancaq təmizlənmədiyində, yeni biyofilm böyüyür, strukturlaşır, qatılaşır və bir sonrakı biyofilm ilə örtülür, sonra yenisi ilə örtülür. Yaxın zamanda bir dost düşmana çevirilir.


İndi nə?

Bir az biyofilm, sizcə, əhəmiyyətli olmaya bilər. Ancaq problem, bir neçə gün sonra qida maddələri ve metabolizm məhsulları ilə biyofilm təbəqələri arasında sistematik bir şəkildə olan mübadilədir; bu da həm dişlərə həm də diş ətlərinə zərər verir. Misal üçün, bəzi bakteriyalar şəkərdən istifadə edirlər və sonra aqressiv turşular ifraz edirlər. Bu turşular mineral duzları diş səthində həll edir. Kariyes bir nəticədir.


Təbiətin hiyləsi

Diş əti xətti də bu strukturlaşmış biyofilm və mikroorqanizmların metabolik məhsullarına reaksiya verir: diş ətlərin iltihablanması bakteriyalara qarşı düşmançılıq əlamətidir. Diş əti iltihabı əslində bir təbiyətin hiyləsidir lakin diş əti bu uzun müddətli prosessdə özünə zərər verir. Egər diş əti iltihabı müalicə edilməzsə, dişləri dəstəkləyən toxumanın dağılması ilə-parodontitlə nəticələnir. Bu prosess dönməzdir və tez ya da gec dişin itirilməsinə səbəb olur.


Biofilmin aradan qaldırılması: sadəliyin özü

Biyofilm bir diş fırçası, interdental fırça və diş sapı ilə asanca aradan qaldırıla bilər - ya da ən azından inkişafını poza bilər, və bu da eynı dərəcədə faydalıdır. Yalnız ərpdəki struktur təbəqələrin təchiz zəncirinə zərər verilərək patogen sistem maksimum 24 saat müddətinə sıradan çıxır. Sonra, biyofilm özünü yenidən təşkil edir - və təhlükəli mübadilə sistemi bir daha hərəkətə keçir.


Buna görə də

Bu zara, dost biofilmə qarşı dostcasına davranmağa dəyər: çox şəkər yeməyin, meyvə suları, kola və enerji içkilərindən uzaq durun. Və yaşlı, əski ərp üçün, bu düşmanca biofilm təbəqələri haqqında nə düşünürsünüz? Bunları mütəmadi olaraq sıralayın: diş fırçası, interdental fırça və diş sapı.
xs
sm
md
lg